“Alimliyi də, müğənniliyi də saxtadır” - QALMAQAL

 

Aparıcı Elçin Əlibəyli Murad Arifin “Popumuz var!” layihəsinin qonağı olub.

Axşam.az xəbər verir ki, o, bir zamanlar verilişində qalmaqal yaşadığı Maral Tahirqızının müdafiəsinə qalxan Əməkdar artist Lalə Məmmədova barədə sərt fikirlər səsləndirib.

E.Əlibəyli sənətçini saxtakarlıqda ittiham edib:

“Bəzi “müğənniciklər” Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm “alim”. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən”.

Qeyd edək ki, Lalə Məmmədova Elçin Əlibəyli haqda bu fikirləri yazmışdı:

“Son günlər efir məkanında baş verənlər onsuz da ürəkaçan deyil. İndi işıqlandıracağım mövzu son damla oldu. Biz ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq qonağa hörmətlə yanaşarlar. Ancaq kim olursa olsun, çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq nəinki olmaz, hətta deyərdim heç bir kişiyə yaraşmaz. Hələ bir qonaq qadındırsa. Uca Yaradan hamımızı insan olaraq yaratdısa da, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, istedad təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı. Buna görə kimsə kimsədən özünü yuxarı-aşağı saymasın! Güclü olan qarşısındakı zəifə gücünü göstərməklə özünü qəhrəman saymasın!”.

 


 






Fikirlər