"Qarabağlıların içərisindən ermənilərə həddini bildirən yeni bir PƏNAHƏLİ xan yetişəcək..."

Картинки по запросу vilayət quliyev

Türk budun Tabğaçqa körür erti” – yəni “Türk xalqı Çin əsarətində idi” – 1500 il bundan əvvəl daşlara həkk olunan Orhun-Yenisey yazılarında belə deyilirdi. İndi Çində uyğur türklərinin uğradıqları məzalim haqqında fikirləşəndə yadıma ilk olaraq bu acı etiraf düşür. Amma o zaman Bilgə Xaqan kimi qorxmaz sərkərdə, vəziri Tonyukuk kimi müdrik siyasətçi meydana atılıb xalqı köləlikdən qurtardı.
Bunu səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev öz “Facebook” səhifəsində yazıb.
“Qədim aqillər demişkən, tarix təkərrürdən – yəni özünü təkrardan ibarətdir.
Yəqin ki, nə zamansa uyğur türklərinin arasından da yeni Bilgə xaqanlar, Tonyukuklar yetişıb doğma xalqa azadlıq bəxş edəcək, onu yenidən məmləkət və dövlət sahibinə çevirəcək.
Bu arada inanaq ki, qarabağlıların içərisindən də ermənilərin əl-ayağını yığışdırıb onlara həddini bildirən yeni bir Pənahəli xan yetişəcək…-deyə, sabiq nazir sözlərinə əlavə edib.

 

 
 
 






Fikirlər