Oqtay Şirəliyev tələbələrin müalicəsini nəzarətə GÖTÜRDÜ

oqtay-shireliyev-telebelerin-mualicesini-nezarete-goturdu

Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş tələbə Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda həmin şəxslərin stasionar şəraitdə müalicələri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.






Fikirlər