BDU-nun yataqxanasında dəhşət: Bir tələbə ÖLDÜ, ikisi ŞOKdadır (YENİLƏNİB)

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən və zəhərlənən tələbələrin kimliyi məlum olub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, vəfat edən tələbə 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızı isə xəstəxanadadır. Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.
14.30
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.
Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.
Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil". 
Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib. 
Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: "Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik”.
 






Fikirlər