Yaşayış minimumunun həddi ARTIRILDI...
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.