"Aynişanın "hə"sini Arif Babayev VERİB"
"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, müğənni qızı Aynişan Quliyevanın nişanlanmasından bəhs edib. O bildirib ki, qızının sevgilisi olduğundan yeni xəbər tutub: "Nişan qəfil oldu. Konsert ərəfəsi idi, Aynişan mənə demirmiş. On günün içində bildim ki, qızımın belə fikri var. Konsertdən sonra Aynişan cürət etdi və mənə dedi. Onun dediyi sözə böyük hörmətim var. Qızımın "hə"sini Arif Babayev verdi. Arif müəllim məni Bakıda tərbiyə edən insandır, ata əvəzimdir. Aynişan balaca olandan deyirdi ki, onun "hə"sini mən verəcəm. Onu da etməliydim. Kürəkənim Ağcəbədidəndir. Hər zaman deyirdim ki, var-dövlət arxasınca qaçan olmamışam. İstəyim qarşımdakı insanın sədaqətli olmasıdır. Övladımın da bəxtinə belə bir ailə qismət oldu. Allah məni də onların qarşısında utandırmasın. Onun övladıma olan sevgisi hər şeydən üstündür. Bir də Xalidin qızının adını tutan mütləq əsgərlikdə olmalıdır. Ailə qurduqdan sonra ayrı yaşayacaqlar. Mənimlə yaşamalarına icazə vermərəm".