S-500 sisteminin sınaqlarına tezliklə başlanacaq – Nazir müavini

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko dekabrın 28-də «Krasnaya zvezda» nəşrinə verdiyi müsahibədə bildirib ki, S-500 zenit-raket kompleksinin (ZRK) ilkin sınaqlarına 2020-ci ildə başlanacaq.

«Gələn il S-500 ZRK sisteminin ilkin sınaqları planlaşdırılır. İlk seriyalı nümunənin 2025 – ci ildə tədarük ediləcəyi gözlənilir» - deyə, nazir müavini bildirib.

«Prometey» S-500 ZRK orta mənzilli ballistik raketlərlə mübarizə məqsədilə yaradılıb. Eyni zamanda, sistem hipersəs sürətli (7 km/san) raketləri də vurmaq qabiliyyətində olacaq.

Bundan başqa, nazir müavini xəbər verib ki, yola salacağımız ilin iyulunda tam həcmdə və müsbət nəticə ilə S-350 ZRK («Vityaz HHM») sisieminin dövlət sınaqları da başa çatıb. Hazırda onun ilk seriyalı nümunələri orduya verilir.






Fikirlər