Həftə ərzində ABŞ sayca ikinci taket sınağı keçirib! - ABŞ-a olar, Şimali KOREYAYA YOX?
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları hərbi-hava qüvvələri (ABŞ HHQ) həftə ərzində sayca ikinci qitələrarası ballistik raket sınağı keçirib. ABŞ HHQ qlobal zərbə qrupu komandanlığına istinadla, «CNN» telekanalının verdiyi məlumata görə, bu raketlər nüvə silahı daşımaq vasitəsi kimi istifadə olunacaq. Telekanalın məlumatına görə, Vanderburq HHQ bazasından (Kaliforniya) atılmış döyüş başlığı olmayan «Minuteman III» ballistik raketi Marşall adalarınının yaxınlığındakı sınaq poliqonuna qədər 4 min 200 kilometr məsafə qət edib. ABŞ HHQ qlobal zərbə qrupu komandanlığında qeyd ediblər ki, raketlər atış şaxtaları üzrə yerləşdirilib və yerüstü atış nəzarəti sisteminə qoşulub. Bu sistemin komandası gün ərzində davamlı olaraq, gözləmə rejimində işləyir. Hal-hazırda Birləşmiş Ştatlar raketlə birlikdə 450 ədəd «Minutemen III» atış şaxtasına malikdir. Xəbərdə qeyd edilir ki, şaxtalar Uorren, Malmstrom (Montane) və Maynot (Şimali Dakot) aviabazalarında yerləşir. Xeyli qəribədir – həftədə iki ballistik raket sınaqları keçirən ABŞ ayda-ildə birini-ikisini keçirməyə cəhd göstərən Şimali Koreyanı təhdid altına alır! Deməli, ABŞ-a olar, Koreyaya olmaz?! Budurmu ABŞ-n demokratiyası?…