TÜRKİYƏ LİVİYA ÜZƏRİNDƏKİ OYUNU POZUR - Rusiya BMT-nin iclasını çağırdı
Rusiya yanvarın 6-da BMT Təhlükəsizlik Şurasının Liviyayla bağlı iclasını çağırıb. Rəsmi olaraq Rusiya xahişini Liviya üzrə beynəlxalq konfrans çağrılması ilə əsaslandırıb. Hansı ki, Almaniya bu konfransın ayın sonunadək keçiriləcəyinə ümid etdiyini açıqlayıb. Bu arada Türkiyə bu ölkədə BMT-nin tanıdığı hökumətə dəstək məqsədilə əsgər göndərib.Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan yanvarın 5-də bəyan edib ki, Liviyaya hərbi kontingent göndərib. Türklər orada əməliyyat mərkəzini “koordinasiya edəcək”, hərbi əməliyyatlarda Liviya ordusuna köməklik göstərəcəklər. Prezident bunu CNN Turk televiziyasına deyib. Tripolidəki hökumət apreldən bəri hərbi gərginlik vəziyyətindədir. Özünü Liviya Milli Ordusu adlandıran qanunsuz silahlı qüvvələr general Xəlifə Haftarın başçılığı ilə Milli Razılıq Hökumətinə devirməyə çalışırlar. NATO üzvü Türkiyə Tripolidəki hökuməti dəstəkləyir. Rusiyanın özəl muzdlu dəstələri Haftarı dəstəkləsə də, Moskva bu iddiaları rədd edir. Misir, Birləşmiş Ərəb Əmirlikləri də minlərlə liviyalını qətlə yetirən hərbi canini dəstəkləyirlər. Ankara və Tripoli noyabrda təhlükəsizlik və donanma sazişləri bağlayandan sonra Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyib. Razılaşmaya görə, Türkiyə Aralıq dənizində böyük ərazilərdə araşdırma aparmaq hüququ əldə edib. Hansı ki, həmin yerlərdə qaz ehtiyatlarınən olduğu ehtimal edilir. Bu pakt Aralıq dənizi regionundakı digər ölkələri, özəlliklə Yunanıstan və Kipri narazı salıb. Bu ölkələrin rəsmiləri 2 hökumət arasında bağlanmış rəsmi müqaviləni həyasızcasına “qanunsuz” adlandırırlar. Regionun təbii ehtiyatlarını həmişəki kimi müftə ələ keçirməyə hazırlaşan ABŞ və Avropa ökələri də Liviya hökuməti ilə Türkiyə arasında imzalanmış müqavilələrdən narahat olduqlarını gizlətmirlər. Onlar Ankaradan tələb edirlər ki, Xəlifə Haftarın əsasən terrorçulardan ibarət silahlı dəstəsinin Liviyanın rəsmi hökumətini devirməsinə maneə olmasın. Hansı ki, bu dəstənin yalnız yanvarın 4-də Tripolidə hərbi məktəbə raket zərbəsi nəticəsində azı 30 nəfər gənc kursant öldürülüb, onlarla adam yaralanıb. Baxmayaraq ki, bir gün əvvəl-yanvarın 3-də BMT-nin Baş katibiAntonio Guterres Liviyada atəşkəsəçağırıb, tərəfləri ölkədə qanlı münaqişəyə son qoymaqdan ötrü danışıqlara qayıtmağa səsləyib. Ancaq ölkənin zəngin təbii sərvətlərinə göz dikən xarici qüvvələrin əlində “kukla” olan Haftar və onun terrorçulardan ibarət silahlı dəstəsi əmr alarlarsa Liviya xalqını tamamilə məhv etməkdən belə çəkinməyəcəklərinə şübhə yoxdur. Ona görə də Türkiyə ordusunun Liviyanın rəsmi hökumətinə yardıma getməsi bu ölkənin zəngin təbii sərvətlərindən pay almağa hazrlaşan hər kəsi narahat edib. /AzPolitika.info