Binəqədidə daha bir evyıxma
Bakıda “gecəqondu”lar bələdiyyələrə, icra nümayəndələrinə verilən rüşvət hesabına tikilir. Məlumata görə, şəhər sakini Elçin Əliyev məmur özbaşınalığının üstünü açıb. O, qafqaznews.org-a bildirib: “14 sentyabrda şöbə müdiri Mirpaşa Hüseynov başda olmaqla Xocahəsən bələdiyyəsinin bir qrup işçisi polislə birgə mənim Sulutəpədə yerləşən evimi dağıtdılar. Məsələ ilə bağlı Xocahəsən bələdiyyəsinin şöbə müdiri Mirpaşa Hüseynov qafqaznews.org-a bildirdi ki, Elçin Əliyevin evinin sökülməsində nə mən, nə də bələdiyyə işçiləri iştirak edib: “Elçin Əliyevin 14 il vergi ödəməsi ilə bağlı onu deyə bilərəm ki, hər bir vətəndaş torpaqdan istifadəyə görə bələdiyyənin hesabına pul keçirmək olar. Məgər kimsə bələdiyyənin hesabına hər dəfə pul keçiriləndə onu yoxlamalıyıq?”.
Mənim həyat yoldaşım və uşaqlarım döyüldü. Evin tikilməsinə icazə verilməmişdi. Sulutəpədə tikilən evlərin hamısı icazəsiz tikilib. Bu evlərin tikilməsi üçün bələdiyyəyə rüşvət vermək bəs edər. Mənim evimi qanunsuz söküblər.
Çünki mən 2000-ci ildən 2014-cü ilədək evim tikilən torpaq üçün bələdiyyəyə vergi ödəmişəm. Bələdiyyənin mənim evimi sökməyə səlahiyyəti çatmır. Mənim evimi ancaq məhkəmə qərarından sonra sökə bilərlər. Mən Xocahəsən bələdiyyəsini məhkəməyə verməyə hazırlaşıram”.
Elçin Əliyev isə bildirdi ki, Mirpaşa Hüseynov yalan danışır: “ Yüzlərlə adam gördü ki, mənim evimin sökülməyinə o rəhbərlik etdi. Mən pulu banka deyil, bələdiyyənin işçilərinə vermişəm.
Aldığım çekləri isə məhkəməyə təqdim edəcəm”. Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qafqaznews.org –a bildirdi ki, əgər evin sökülməsi ilə bağlı məhkəmə qərarı yoxdursa, bələdiyyənin hərəkəti qanunsuzdur: “ Hətta məhkəmənin qərarı olarsa, bələdiyyə deyil, məhkəmə icraçıları bunu etməlidir”.