Ağ Evdən “Tramp koronavirusa yoluxdu” xəbərinə CAVAB...

Ağ Evdən “Tramp koronavirusa yoluxdu” xəbərinə CAVAB

ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxmasına xəbərlərinə Ağ Evdən münasibət bildirilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Stefani Qrişam Trampın səhhətinin əla olduğunu açıqlayıb:

“Prezident koronavirus testindən keçmədi. Çünki nə virus yoluxma ehtimalı olan şəxslərlə uzun müddət təmasda olub, nə də özündə virusla bağlı heç bir əlamət aşkarlanmayıb. Xüsusi həkimi onun vəziyyətinin yaxından nəzarətdə saxlayır”.

Qeyd edək ki, son 10 gündə Trampın iştirak etdiyi tədbirlərdə bəzi şəxslərdə koronavirus aşkarlanması, onun da virusa yoluxduğu barədə iddiaların ortaya çıxmasına səbəb olmuşdu.






Fikirlər