"Ərim koronavirusdan qorxur, marketə də məni göndərir"
Müğənni-aktrisa Selen Görgüzel karantin günlərində rejissor Hamdi Alkan ilə olan münasibətindən danışıb. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi İstanbulun Zekeriyaköy səmtində obyektivlərə tuş gəlib. Alış-verişə çıxan Görgüzel sualları da cavabsız qoymayıb. 2014-cü ildə İtaliyada ailə qurduğu Alkandan bəhs edən ifaçı "Hamdi bəy sifariş verib, unutmadan almalıyam" sözlərini deyib. O, ərinin koronavirus infeksiyasından çox qorxuduğunu etiraf edib: "Ərim çox narahatdır. 20 gündür evdən çölə addım atmır. Marketə də məni göndərir. Kuryer olmuşam. Bu ərəfədə bir-birimizdən nifrət etdiyimizi gördük. Sən demə, bizim xoşlamadığımız hərəkətlərimiz var imiş. Cütlüklərin bu qədər bir arada qalması çətindir. Tək çarə bəzi anlarda ayrı-ayrı otaqlarda tək qalmaqdır".