Heydər Əliyev Mərkəzindən Gürcüstana DƏSTƏK

Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiya olunub.

 "AzerTaym.az" bildirir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş etdirilib.

 Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur.

 Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

 İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.






Fikirlər