AzTV-dən çıxarılan İbrahim Məmmədova yeni vəzifə verildi - ÖZƏL


Bu gün Prezident İlham ƏIiyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə verilib.

AzNews.az-a daxil olan məlumata görə, İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib. 

Faktı “Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov AzNews.az-a təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib. 






Fikirlər