DTX DAHA BİR İCRA BAŞÇISINI HƏBS ETDİ! – Biləsuvar İcra Hakimiyyətində ƏMƏLİYYAT

 DTX DAHA BİR İCRA BAŞÇISINI HƏBS ETDİ! – Biləsuvar İcra Hakimiyyətində

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Əməliyyatçılar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və onun birinci müavini Xanlar Məmmədovu həbs edərək, Bakıya gətirir.

Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yaxın saatlarda Biləsuvar Rayon İcra Hakimiyyətindəki əməliyyatla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir. 

Qeyd edək ki, bu xəbəri ilk dəfə "Qafqazinfo" saytı verib.

"AzerTaym.az" 






Fikirlər