Prezident icra başçısını işdən çıxartdı (TƏYİNAT)
Prezident İlham Əliyev sərəncam imzalayıb. "AzerTaym.az" xəbər verir ki, dövlət başçısı İbrahim İsmayıl oğlu Məmmədovu Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezident digər sərəncamla Kamal Camal oğlu Cəfərov Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.