DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla — QUDA İMİŞ - FOTO

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

"AzerTaym.az" olke.az-a istinadən bildirir ki, M.Quliyevin Qızı Hacı İbrahimin oğlu ilə ailəlidir.

Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. 

       






Fikirlər