Bakıda və Abşeronda civə həyəcanı...

Bakıda və Abşeronda civə həyəcanı

 

 

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonunda mənzildə termometrin sınması barədə müraciət daxil olub. 
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Qeyd edək ki, oxşar hadisə bu gün Abşeron rayonunda və Bakının Xətai rayonunda da qeydə alınıb.

 






Fikirlər