Pandemiyanın İKİNCİ mərhələsindəyik - RƏSMİ

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA"Hazırda biz başlanmış pandemiyanın ikinci mərhələsindəyik".

  Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 O deyib ki, yumşalmaya mərhələli şəkildə gedildi:

 "Əldə edilmiş əks-epidemik nəaliyyətlər bizdə bu qərarları verməyə inam yaradırdı. Xüsusilə vətəndaşlarımızın Prezidentimizin "biz birlikdə güclüyük"çağırışına qoşulması bizdə buna inamı gücləndirdi".

 R.Bayramlı qeyd edib ki, pandmeiyanın ikinci mərhələsinə normal həyatımıza birdən-birə dönəcəyimizi düşünməməliyik:

 "Çünki virusun konkret vaksini yoxdur. Biz bu rejimdən tədricən çıxmalı və qaydalara əməl etməliyik". /Modern.az






Fikirlər