Yoluxma hallarının artma səbəblərinə aydınlıq gətirilib

Yoluxma hallarının artma səbəblərinə aydınlıq gətirilib

Ramin Bayramlı: “Daimi karantin rejimində qalmaq mümkün deyil, qaydalara riayət etməliyik”

 “Məhdudiyyətlər aradan qalxdıqca koronavirusa yoluxma artır. Karantin rejimi dövründə tibb müəssisələri hazırlanıb, pandemiyanın ölkə ərazisində yayılması məhdudlaşdırılıb. Ancaq məhdudiyyətlər götürüləndən sonra vətəndaşlarımızın qaydalara riayət etməməsi ilə yoluxma artır”.

 AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı belə deyib. “Daimi karantin rejimində qalmaq mümkün deyil, qaydalara riayət etməliyik. Biz karantin rejiminin sərt rejimindən çıxdıqda qaydalara riayət etməyi özümüzə aşılamalıyıq”, - o bildirib.

 Bayramlı əlavə edib ki, ölkə üzrə COVID-19-a yoluxanların 47 faizi Bakının payına düşür: “Gəncə-Qazax bölgəsində yoluxma 13,6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9,2 faiz təşkil edir”.






Fikirlər