Azərbaycanın bu rayonlarında koronavirusa yoluxma sürətlə ARTIR - VİDEO
Əsas səbəb isə insanların qayda və qadağalara əməl etməməsidir. Əməkdaşlarımızn Göyçay və Cəlilabadda apardığı müşahidələr belə deməyə əsas verir.
Karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılsa da bir-neçə rayonda yoluxma hallarında artım müşahidə olunur.Bu rayonlardan biridə Göyçay rayonudur. Görüntülərdən bəlli olur ki, rayon ərazisində karantin qaydalarına riayət olunmur.. Qaydalara uyğun olaraq nə ara məsafəsi saxlanlır, nə maska taxılır, nədə gigyenik qaydalara riayət olunur.
Maska taxmayanlara Göyçay rayon polis əməkdaşları lazımı ləvazımatlar paylayaraq onlarla praflaktik söhbətlər aparıb.
Operativ Qərargahın açıqlamasına görə, yoluxma sayının sürətlə artdığı rayonlardan biri də Cəlilabaddır. Burada da səbəb eynidir. Vətəndaşların qadağalara laqeyd yanaşması. Sakinlər karantin rejimini kobud şəkildə pozaraq heç nə olmamış kimi darvanaraq sosial məsafə gözləmədən maskasız hərəkət edirlər.
Rayon polis şöbəsindən bildirilib ki, ərazidə reydlər davam etdiriləcək. Qaydalara əməl olunmasa cərimələr tətbiq olunacaq. (xezerxeber)