Baş Nazir televiziya vasitəsilə əhaliyə MÜRACİƏT EDƏCƏK...

Bu gün saat 14:00-da Baş Nazir Əli Əsədov koronavirus pandemiyası ilə bağlı dövlət televiziyasında çıxış edəcək.

  Ə.Əsədov ölkə ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçiriləcək məhdudlaşdırıcı tədbirlərin detallarını açqılayacaq.

 Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib. /Modern.az






Fikirlər