DİN-dən “cəzalanacaqlar” açıqlaması — “O POLİSLƏR…”

DİN-dən “cəzalanacaqlar” açıqlaması — “O POLİSLƏR…”

"Ölkə.Az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

- Sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə məlumatlar yayımlanmışdır.

- Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib.

- Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də

bağlı videogörüntülər yer alıb. Bununla əlaqədar hansısa tədbir görülürmü?

- Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir.






Fikirlər