Bu preparatlardan istifadə edənlər - Koronavirusu çox yüngül KEÇİRİR...
Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, son aylarda koronavirus qanın laxtalanması sisteminə çox ciddi təsir göstərir. BAKU.WS xəbər verir ki, bunu şərh edən nevroloq Qalib Əsədov maraqlı fikirlər səsləndirib. O bildirib ki, COVID-19 virusundan ölən xəstələrin ağ ciyərlərinin araşdırılması göstərib ki, orada kapilyarlarda mikro trombozlar olur, yəni qan laxtalanmaları olur, hansı ki, ciyər hüceyrələri ölür, nekrozlaşır, məhv olur: "Elə insanlar var ki, hər hansı bir xəstəlik səbəbindən (misal üçün ürəyinə stend qoyulub və s.) müntəzəm olaraq qan durulducu preparatlar qəbul ediblər. Məlum olub ki, qan durulducu preparatları uzun müddət qəbul edən insanlarda bu cür fəsadlar əmələ gəlmir. Buna görə həm TƏBİB sədri, həm də ÜST tövsiyyə edir ki, yaşı 40-dan yuxarı insanlar ancaq həkimin icazəsi ilə qan durulducu preparatlardan kiçik dozada istifadə etsələr, COVID-19 virusuna yoluxarkən ağırlaşmanın qarşısını ala bilərlər".