Biz Qobudakı, ermənilər isə Qarabağdakı yeni binalara köçməyə hazırlaşır... -FOTOLAR

"Köçkünlərimizin yeni mənzillərə köçməsinə düşmənlərimiz məyus olmur, əksinə, sevinir..."

Azərbaycan Respublikasının ermənilərə işğal etdirilmiş 20 faizlik hüquqi-tarixi ərazisində qondarılmış separatçı-terrorçu rejim işğalçı Ermənistanın,  xaricdəki erməni oliqarxlarının, eləcə də Rusiyanın da, Avropanın da, ABŞ-ın da dəstəyi ilə torpaqlarımızda məskunlaşdırma fəaliyyətlərini mümkün qədər davam etdirirlər.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  30 ilə yaxındır işğal altında qalan Əsgəran şəhərində yeni yaşayış binalarının tikintisi davam edir. 3 binanın 2021-ci ilin noyabrında istifadəyə veriləcəyi gözlənilir...
P.S. Doğrudur, ermənilərin istər Ermənistanda, istərsə də Qarabağdakı tikinti, abadlıq işləri Azərbaycanın bu sahədə gördüyü işlərlə müqayisə oluna bilməz.  Bizim istər yerli sakinlər, istərsə də məcburi köçkünlər üçün tikilən binalar daha çoxmərtəbəli, daha yaraşıqlı və komfortabellidir. Ancaq digər acınacaqlı gerçək odur ki, lap palçıqdan, ağacdan kiçik bir koma tiksələr də, həmin məkanlarda kabab yox, pendir-çörək, göyərti yesələr də,  bizim torpaqlarımızda onlardır, biz özümüz yox... Və biz Qobudakı yeni binalara köçməyə hazırlaşırıqsa, onlar  3 onillikdir azad edə bilmədiyimiz torpaqlarımızda tikdikləri yeni evlərə köçməyə hazırlaşırlar... Və inanaq ki, Azərbaycanda məcburi köçkünlərin yeni mənzillərə köçməsinə görə işğalçı ermənilər məyus olmur, əksinə, sevinir...
Sultan Laçın






Fikirlər