PREZİDENTdən Eldar Həsənovla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev bir neçə gün əvvəl həbs olunan səfir Eldar Həsənovun geri çağırılması haqqında Sərəncam imzalayıb. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Sərəncamda bildirilir ki, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.