ATV-nin keçmiş sahibini məhkəməyə verdilər – İşə Ali Məhkəmədə baxılacaq

Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq sahibi Tağı İbrahimova qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, Ali Məhkəmədə baxılacaq məhkəmə işində Qurbanov Şahlar Kamran oğlu iddiaçı, İbrahimov Tağı Hüseyn oğlu, Şahin Mehmet Selahattin, həmçinin “Nehrəm Holdinq Kompani” MMC cavabdeh qismində iştirak edirlər.
Hakim Ələsgər Əliyevin sədrliyi ilə ilk iclas (Baxış iclası) 08.12.2020-ci il tarixində saat 11:20-ə keçiriləcək.
Məhkəmə çəkişməsi müqavilənin etibarsız hesab edilməsilə bağlıdır.
Onu da bildirək ki, məhkəmədə cavabdeh olarak göstərilən “Nehrəm Holdinq Kompani” MMC –nin dövlət büdcəsinə 4 min 282 manat 64 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, Tağı İbrahimov tanınmış iş adamı “Avesta Konserni” MMC-nin rəhbəri Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun qardaşıdır. Hacı İbrahim Nehrəmli bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanışa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.
Qeyd edək ki, hazırda “Avesta Konserni” MMC-nin də dövlət büdcəsinə böyük miqdarda vergi borcu var. Bugünə (25.09.2020) olan məlumata görə Avesta Konserni” MMC-nin də dövlət büdcəsinə 182 min 175 manat 9 qəpik borcu var.
Tağı İbrahimov eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da qardaşıdır.
  






Fikirlər