Prezident dəmiryolçuları mükafatlandırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb. "AzerTaym.az"-ın verdiyi xəbərə görə sərəncamda deyilir:
`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar mühəndis"
Aslanov Hakim Kərəm oğlu
Quliyev Fizuli Xanoğlan oğlu
Məhərrəmov Sabir Tulu oğlu
"Əməkdar həkim"
Tağıyev Adil Hüseyn oğlu.`