“İnanıram ki, onlar prezidentin çıxışından nəticə çıxaracaqlar” – Oqtay Əsədov

"Dünyada baş verən proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb".


"AzerTaym.az"-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oktay Əsədov bu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zamanı deyib.

O.Əsədov bildirib ki, Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib.

Spiker qeyd edib ki, ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizlik üçün diqqət həmişə olduğu kimi yüksək olub və bu il də bu istiqamətdə kifayət qədər vəsait ayrılıb.

O.Əsədiov bildirib ki, Azərbaycanın dövlət başçısının rəhbərliyi altında ölkəmiz sınaqlardan özünü qoruya bilib.

Onun sözlərinə görə, növbəti ildə də iqtisadiyyatda real artım gözlənilir: “Bu isə büdcənin neftdən asılılığının azalması deməkdir. Büdcə azalmasının əksər hissəsi də Dövlət Neft Fondundan transferlərin dayandırılması hesabına nəzərdə tutulub. Ümumilikdə, büdcə xərclərinin azalması investisiya lahiyələrinin müvəqqəti saxlanılması hesabına başa gəlib. Lakin növbəti ildə qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Dövlət başçısının dünən Nazirlər Kabinetinin iclasında çıxışını da izləmisiniz. Mən inanıram ki, millət vəkilləri, hökumət üzvləri bu çıxışı diqqətlə oxuyub təhlil edəcək və nəticə çıxaracaqlar”. 






Fikirlər