Təhsil naziri sabahkı brifinqin anonsunu etdi: MƏKTƏBLƏR AÇILIR?!
"Sabah çox vacib gündür. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpası müzakirə ediləcək. Təhsil Nazirliyinin brifinqi sabah saat 12:00-a planlaşdırılır". "AzerTaym.az" bildirir ki, Təhsil naziri Emin Əmrullayev bu fikiləri Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə çıxışı zamanı bildirib.