Obamadan mühüm açıqlama - ABŞ Əfqanıstandan çıxmayacaq

obama-11.jpg

ABŞ Əfqanıstandan gələn il ordunun çıxarılması planını donduracaq və 2016-cı ildən sonra ölkədə 5.500 hərbçi saxlayacaq. Buna səbəb isə ölkədəki “həssas vəziyyətdir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın prezidenti Barak Obama bildirib.

Obamanın sözlərinə görə, ilin əvvəlində çıxarılması planlaşdırılan 9.800 hərbçi gələn ilin çox hissəsini ölkədə olacaq,  2016-cı ildən sonra isə ABŞ Baqram, Cəlalabad və Qəndahardakı bazalarda 5.500 hərbçi saxlayacaq.   

“Əfqanıstanın öz qüvvələri hələlik lazımı qədər güclü deyil. Vəziyyət Əfqanıstanda həssas olaraq qalmaqdadır, onun gərginləşməsi riski var”, - deyə Obama qeyd edib.  

ABŞ prezidenti həmçinin deyib: “Taliban ölkədə öz təsirini genişləndirib. Bu missiya bizim milli təhlükəsizliyimizin həyatı vacib maraqlarına uyğundur”.






Fikirlər