Düşmənə və havadarlarına verilən MESAJ: İşğaldan azad edilmiş ərazilərə...

Düşmənə və havadarlarına verilən mesaj: İşğaldan azad edilmiş ərazilərə...

Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən "Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidentimiz İlham Əliyevin yağı tapdağından azad edilmiş torpaqlara hər səfəri xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurur”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. 

 

Millət vəkili qeyd edib ki, hər zaman xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirən ölkə başçısının hərbi əməliyyatların bitməsindən sonra mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bu ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihələrin təməlini qoyması düşmənə və onların havadarlarına verilən mühüm mesajdır:

“Növbəti belə səfər martın 15-də ölkə Prezidenti İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına getmələri ilə reaallaşıb. 4 ay ərzində işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərin edilməsi göstərir ki, Prezidentimiz Qarabağ bölgəsinin dirçəldilməsinə, yenidən qurulmasına xüsusi diqqətlə, həssaslıqla yanaşır.

Əvvəlki səfərlərində düşməndən azad edən torpaqlarda üçrəngli bayrağımızı ucaldan Prezident İlham Əliyev Müzəffər Ordunun Ali Baş Komandanı kimi Hadrutda da Azərbaycan bayrağını ucaltdı. Müdrik və uzaqgörən siyasəti ilə müstəqillik tariximizin ən möhtəşəm uğurlarına nail olan, Azərbaycanı dünyada söz sahibi edən, ölkəmizi qalib dövlətə çevirən Prezident İlham Əliyev Azərbaycanın tarixi Qələbəsini bir daha dünyaya bəyan etdi. Dövlət Başçımızının səfər zamanı Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyması həm də onu göstərdi ki, Qarabağ bölgəsinin dirçəldilməsi prosesi sürətlə həyata keçirilir.

Təbii ki, dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən biri erməni vandallarının dağıtdıqları, viran qoyduğu şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən qurulmasıdır. Bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. 

30 il əsarətdə qalan torpaqlarımız Ali Baş Komandanın yenilməz iradəsi və dövlətimizin gücü ilə işğaldan azad olunduğu kimi Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu ərazilərin bərpası ən qısa zamanda başa çatdırılacaq”.






Fikirlər