Putin: “Azərbaycan prezidentinə dedim ki, ölkələrimizə xarici neqativ faktorlar təsir göstərir” -SAMMIT
“Bu gün MDB ölkələrinə bir sıra neqativ xarici faktorlar təsur göstərir”. Strateq.az bildirir ki, bu sözləri MDB-nin dövlət başçılarının sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. Onun sözləriə görə bu faktorları MDB prezidentləri ilə də müzakirə edib. “Biz zala daxil olarkən Azərbaycan prezidenti və digər bir neçə həmkarımla bu barədə danışdıq. Bu mənfi xarici faktorlara bir sıra ixrac mallarının qiymətlərinin düşməsi, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik, bir çöx regionlarda siyasi gərginliyin artmasıdır. Bütün bunlar regionda iqtisadi fəallığın ləngiməsinə gətirib çıxarıb”. Putin bildirib ki, MDB ölkələrinin ÜDM azalıb. Ölkələr arasında mal dövriyyəsi də zəifləyib. “Bu situasiyada biz milli iqtisadiyyatımızın xarici bazarlardan asılılığını azaldılması üçün kompleks tədbirlər barədə düşünməliyik. MDB daxilində işgüzar əlaqələrin canlandırılması barədə fikirləşməliyik”. Putin bunun üçün 2011-ci ildə imzalanmış MDB-də azad ticarət zonası haqqında müqaviləni xatırladıb. “Bu müqavilənin bütün potensialını açmaq lazımdır”