Kəmaləddin Heydərovun ərəblərlə görüntüləri yayıldı - FOTOFAKT...
Azərbaycanda ov edən ərəbləri tanımadığını dedikdən sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yeni görüntüləri yayılıb. "AzerTaym.az" bildirir ki, Konkret.az-ın yaydığı xəbərdə bildirilir ki, Azərbaycanda qanunsuz ov ovlayan ərəblər Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var. Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər. Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.