MTN-in həbs edilən - Qadın generalı
"AzerTaym.az"-ın Qafqazinfo-ya istinadən məlumatına görə, həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətovanın da adı var.
Natəvan Mürvətova Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadındır. O, Prezident İlham Əliyevin 2009-cu il, 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib.
Natəvan Mürvətova 2013-cü ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Xatırladaq ki, həbs edilən MTN əməkdaşları (adları məlum olanlar- Fərhad Atayev, Natəvan Mürvətova və Füzuli Ələsgərzadə) barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.