Xalq artistindən sensasion tələb: “Onlar güllələnməlidir!“

Xalq artistindən sensasion tələb: “Onlar güllələnməlidir!“

“Bakı şəhərini Müdafiə Komitəsi yaradılmalıdır. Çünki Bakı dağılır”.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu təkliflə Xalq artisti Şeyx Əbdül Mahmudbəyob çıxış edib. Onun sözlərinə görə, artıq inzibati qurumlar Bakıda aparılan qanunsuz, şəhərin görünüşünə xələlə gətirən, paytaxtda boğanağı yaranmasına səbəb olan tikintilərin qarşısını ala bilmir. “Nə “Baksovet”, nə də digər müvafiq qurumlar bu problemin qarşısını almaqda acizdir. Ona görə də çox düşünüb bu qərara gəldim ki, Bakını Müdafiə Komitəsi yaradılmalıdır. Küçədə nəfəs almaq olmur. Bir balaca genişlik yaranan kimi dərhal orda tikinti aparılır. Kimin üçün tikilər axı bu binaları?”, - deyə Xalq artisti bildirib.

Şeyx Əbdül Mahmudbəyov iddia edir ki, paytaxtda inşa edilən “göydələn”lərin əksəriyyətyi boşdur. “Mən bunu havadan demirəm. Dəqiq məlumatım var. Bakıdakı hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti boşdur. Əgər orada heç kim yaşamayacaqsa niyə bunları tikib Bakını məhvə aparırlar. Artıq Qarabağ işğaldan azad edilib. O boyda tikinti meydançası yaranıb. Bu tikintiləri orada aparsınlar”, - Xalq artisti əlavə edib.

 

Müsahibimiz bildirib ki, müdafiə komitəsi tanınmış ictimai xadimlərdən, ağsaqqalardan ibarət olmalıdır: “Prosesə ölkənin tanınmış ziyalıları da dəstək verməli, Bakı bu lazımsız “tikinti bum”undan, yüklənmədən xilas edilməlidir. Bakı yamac şəhəridir. Onu çox yükləmək olmaz. Bakıda yüzlərlə dövlət qurumu var. Nəyə lazımdır axı, onların hamısını paytaxtda yerləşdirmək?! Onların çoxu paytaxtdan köçürülməlidir. Köhnə və yarımçıq tikililər sökülməli, onların yerlərində parklar, xiyabanlar yaradılmalıdır. Bu işə mane olan, Bakını dağıdanlar ciddi şəkildə cəzalandırılmalıdır. Hələ mən deyərdim ki, güllələnmə bərpa olunmalı və onlar güllələnməlidir”.






Fikirlər