Şoyqu Karapetyana “islahat dəstəyi” vəd edib - Bu, terrora nəfəs vermək demək deyimi?

Şoyqu Karapetyana “islahat dəstəyi” vəd edib - Bu, terrora nəfəs vermək demək deyimi?

Rusiya Ermənistanla hərbi sahədə qarşılıqlı fəaliyyətin inkişafına həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində mühüm əhəmiyyət verir.

Bu barədə avqustun 11-də müdafiə naziri, ordu generalı Sergey Şoyqu (Kujugetoviç!) bəyan edib. O, həmin gün ermənistanlı həmkarı, general-mayor Arşak Karapetyanı qəbul edib.

Şoyqu əmin edib ki, Moskva Ermənistan ordusunun modernləşdirilməsi və islahatdan keçirilməsini davam etdirməyə hazırdır. «Sadə vəzifə deyil, amma mən fikirləşirəm ki, bizim təcrübəmizlə onun öhdəsindən gələcəyik» - Rusiya müdafiə naziri deyib.

Şoyqu Arşak Karapetyanı Ermənistanın müdafiə nazir təyin olunması münasibətilə təbrik edib və qeyd edib ki, bu təyinat mürəkkəb vəziyyətdə baş tutub. Belə ki, Cənubi Qafqaz respublikası qarşısında müdafiə sferasının islahatlarının mürəkkəb tapşırıqları dayanır.

Karapetyan Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin bərasına dəstək verməyə hazır olduğuna görə Rusiyaya təşəkkür edib.

Xatırladırıq ki, Qarabağda ötən payız Ermənistan üçün əlverişli olmayan müharibdən sonra, respublika hakimiyyətinin və müxalifətin nümayəndələri Rusiya ilə strateji müttəfiqliyin möhkəmləndirilməsinin qaçılmaz olduğunu bəyan ediblər - onunla ittifaq dövlətinin yaradılmasına qədər. Hərbi-siyasi sferada ikitərəfli əlaqələrin möhkəmləndirilməsi xüsusi qeyd olunur və əminlik ifadə edilir ki, Rusiyanın köməyi olmadan Ermənistan ordusunun döyüş qabiliyyətini bərpa etmək mümkün olmayacaq. Bundan başqa, Ermənistanda - Azərbaycanla həmsərhəd Sünik vilayətində (Zəngəzur) Rusiyanın ikinci hərbi bazasının yaradılmasının məqsədəuyğun olduğu göstərilir.

Bütün bunlar xeyli şübhəli, o qədər də məkrli planlardan xəbər verir. Bildiyimiz kimi, ötən payız Qarabağda baş verən 44 günlük müharibədə Ermənistanın ordusu darmadığın edildi, hakimiyyət isə Rusiya Prezidenti Vladimir Putinin işə qarışması sayəsində kapitulyasiya aktını imzalamağa məcbur oldu. Üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq, Rusiya ordusu erməniləri Azərbaycan əsgərinin qəzəbindən xilas etmək məqsədilə, Azərbaycanın Qarabağ bölgəsinə sülhməramlı adı altında yerləşdirildi. Beləliklə, müharibənin dayandırılmasında və tərəflərin təhlükəsizliyinin təmin olunması məsələsində Rusiya öz üzərinə qarant öhdəliyi götürmüş oldu. Fəqət, ötən müddət ərzində məlum oldu ki, təslim olmuş Ermənistan rəhbərliyi həmin bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, Rusiya isə bu məsələdə qarant öhdəliyini yumşaq desək, qulaqardına vurur. Üstəlik də, indi bir daha məlum olur ki, Ermənistanı pozuculuq fəaliyyətinə məhz Rusiya tərəfi təhrik və ya sövq edir. Bu prosesə digər imperialist dövlətlər (ABŞ, Fransa və s.) də birbaşa və ya dolayı dəstək verirlər. Məsələn, Azərbaycanla 30 il işğalçılıq siyasəti yürütmüş və bu zaman işğal olunmuş şəhər və kəndlərimizi viran qoymuş, 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan dünya dövlətlərinin təzyiqinə və tənəsinə məruz qoyulmaq əvəzinə, Avropa İttifaqından 2,6 milyard avro «yardım» alır! Əslində bu, Ermənistanı yeni-yeni işğalçılıq siyasətinə şirnikdirməkdən başa bir şey deyil…

Rusiyanın mövqeyi də təəccüb və təəssüf (əslində nifrət!) doğurur. Diqqət edin, «sülhməramlı» adı altında torpaqlarımıza yeridilmiş Rusiya ordusunun «başçısı» Kujugetoviç erməni nazirə ürək-dirək verir və onu əmin edir ki, ölkəsi Ermənistana ordunu möhkəmlətməkdə (yenidən qurmaq, silahlandırmaq, ərzaq və digər lazımi ləvazimatlarla təchiz etmək və başlıcası isə Azərbaycanın qəzəbindən qorumaq) köməyini əsirgəməyəcək. Sual yaranır: Ermənistan darmadağın olmuş ordusunu hansı məqsədlə və hansı vəsait hesabına yenidən qurmağa can atır - bir tərəfdən, digər tərəfdən isə Rusiya və Qərb imerialistləri hansı məqsədlə parazit həyatı sürən, onun-bunun qucağına qısılan erməniyə ordunu bərpa etməkdə yardımçı olur? Axı, Fransa da, ABŞ da guya dünyada terrorçuluqla mübarizə aparır. Ermənistan isə təpədən-dırnağa qədər terror bataqlığına yuvarlanıb - bu işdə ona kömək etmək, terrora nəfəs vermək demək deyimi?

Rusiya bir halda özünü «sülhməramlı» adlandırır, digər halda isə təcavüzkar Ermənistanın məğlub ordusunu yenidən qurur, onu silahlandırır və əl altından Ermənistan hakimiyyətini üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməməyə təhrik edir. Olmaz belə qarantdan!

Bütün bunlar bir daha göstərir ki, nə erməniyə, nə Rusiyaya, nə də «demokratik» Qərbə heç vəchlə inanmaq olmaz və nə qədər rəqabət aparsalar da, erməni məsələsində onların hamısı lazımi anda vahid mövqedən (anti-türk mövqe!) çıxış etməyi bacarır. /Azpolitika






Fikirlər