Pentaqonun məsləhətçisi: Azərbaycan müharibədə elə bir şey etdi ki...

PUA-ların istifadəsi ilə bağlı gözləmədiyimiz inkişaf ötən il Azərbaycan və Ermənistan arasındakı müharibədə ortaya çıxdı”.

AzerTaym.az gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi, keçmiş zabit Skot Krino deyib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsində Azərbaycanın PUA-lardan istifadəsi zəfərinin mübahisəsiz açarlarından idi: “Ermənilər əvvəlcə özlərindən əmin idilər, lakin Azərbaycan tərəfindən “Bayraktar TB2”lər istifadə edilməyə başlananda hər şey dəyişdi və Azərbaycan havada da nəzarəti ələ keçirərək müharibənin gedişatını dəyişdi. “Bayraktar”lar Ermənistanın ağır zirehli texnikasını parça-parça etdi”.

S.Krino qeyd edib ki, hazırda PUA istehsalı və istifadəsi təcrübəsinə görə Türkiyə digər ölkələrdən öndədir.






Fikirlər