Aktyor Şamil Süleymanov QƏZƏBLƏNDİ: “Xəstə adam haqqında ELƏ DANIŞMAZLAR”

Aktyor Şamil Süleymanov qəzəbləndi: “Xəstə adam haqqında elə danışmazlar”

Afaq Bəşirqızının bu sözləri deməyinə inanmıram, deyibsə də, buna fikir bildirə bilmərəm, amma xəstə adam haqqında elə danışmazlar”

 

 Bu sözləri Xalq artisti Şamil Süleymanov Bizim.Media-ya Novruz Qartal haqqında Xalq artisti Afaq Bəşirqızının dediyi sözlərə münasibət bildirərkən deyib.

Aktyor uzun müddətdir səhhətində problem yaşayan həmkarı Novruz Qartalla münasibətlərinin yaxşı olmasını qeyd edərək, onun ağır xəstəliyindən xəbərsiz olduğunu bildirib:

“Novruz Qartalla çox gözəl münasibətim var, amma ayrı-ayrı yerlərdə lədiyimiz üçün çox da görüşmürdük. Saytlarda gedən xəbərlərdən bildim ki, xəstəliyi var amma dəqiqliklə bilmirəm”.

Aktyor, həmçinin bu mövzunu gündəmə gətirənlərə qəzəbləndi:

“Xəstə adam haqqında bu tip xəbərləri niyə verirlər axı? Bəlkə ailəsi ondan diaqnozunu gizlədir? Xəstə adam niyə mübahisə mözvusu olur? Olmaz bu, ayıbdır”.

Qeyd edək ki, Əməkdar artist Novruz Qartal xərçəng xəstəliyindən əziyyət çəkir.






Fikirlər