İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - QƏRAR...

İki qurum Ramiz Mehdiyevin nəzarətindən çıxdı - Qərar

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansından çıxarılıb. Onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb.

  Bu, Nazirlər Kabinetinin 7 yanvar tarixli "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat  Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" Qərarında əksini tapıb.

Xatırladaq ki, AMEA-nın prezidenti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdir. \“Yeni Sabah” 






Fikirlər