NƏCMƏDDİN SADIKOVUN ZİREHLİ MAŞINI - Bu “Toyota”dan ölkədə nə qədərdir və neçəyədir?
Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general Nəcməddin Sadıkovun Bakıda qəza törətməsi olayında maraqlı bir detal var. Sadıkovun idarə etdiyi Az 90 AS 020 nömrəli, “Toyota Land Cruiser” markalı avtomobillə “Toyota Prius” markalı avtomobilin toqquşmasından sonra bəlli olub ki, sabiq rəisin maşını zirehlidir. Maraqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?araqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir? Ondan başlayaq ki, Nəcməddin Sadıkov zirehli maşını hansı pulla alınıb sualı da artıqdır. Vəzifədə olduğu dönəmdə adı büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsi olaylarında təkrar-təkrar hallanıb. Onun yüz belə avtomobil almaq imkanına sahib olması da təəccüblü olmamalıdır. Ordudakı zirehli döyüş maşınlarının pullarının hara getməsini bilmək üçün Nəcməddin Sadıkovun sürdüyü maşının dəyərinə diqqət etmək kifayətdir. Zirehli maşınların bazar qiyməti 200 min dollardan başlayır və 2-3 milyon dollara qədər ola bilir. Məsələn, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, həbsindən az əvvələ qədər “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri 1 milyon 200 min dollar olan “Mercedes G63 AMC İNCAS” zirehli avtomobildə gəzirdi. Musavat.com-un məlumatına görə, Azərbaycanda ilk dəfə zirehli maşından mərhum dövlət başçısı Əbülfəz Elçibəy istifadə edib. Vəzifədən getdikdən sonra isə sözügedən maşın mərhum prezident Heydər Əliyevin istifadəsinə verilib. Hazırda əksər nazirlər də təhlükəsizlik məqsədilə belə maşından istifadə edirlər. İş adamlarından isə “Azersun Holdinq”in prezidenti Abdolbari Gozelin xidməti maşınının zirehli olduğu bildirilir. Nəcməddin Sadıkova gəlincə, o, 2009-cu ilin fevralından bu yana zirehli maşında gəzir. Həmin il müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev qətlə yetiriləndən sonra o zaman Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunda olan Nəcməddin Sadıkov özünə “BMW” markalı zirehli maşın alıb. Zirehli maşınlar təhlükəyə qarşı müqavimət dərəcəsinə görə üç qrupa bölünür: V4, V6 və V7. V4 qrupuna daxil olan zirehli avtomobillər 44 kalibrli silahdan açılan atəşə dözümlüdür. Bu kateqoriyadan olan maşınlar adətən qarət və xuliqanlıqdan qorunmaq üçündür. V6 və V7 mühafizə dərəcəli zirehli maşınlar isə adətən sui-qəsd və terror hadisələrindən uğurla çıxır. Bu tipdən olan zirehli maşınlar ardıcıl atılan 2 qumbaraatan mərmisinə dözür. İlkin istehsalda zirehlənmiş maşınlarla yanaşı, sonradan sifarişlə yığılan zirehli maşından da istifadə edilir. Bu zaman yığılan maşının çəkisi 1.5 tona qədər ağırlaşır. Ağır zirehli maşında şüşənin qalınlığı isə 46 mm olur. Zirehlənmiş, V4 sistemi ilə qorunan “Audi”nin qiyməti 165 min avrodur. Nəcməddin Sadıkovun istifadə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil V6/V7 qoruma səviyyəlidir, qiyməti isə 590 min avrodur. Zirehlənmiş “Mercedes S-Class” isə 570 min avrodur. Azərbaycanda zirehli maşınların istifadəsinə dair qanunla hər hansı bir rəsmi qadağa yoxdur. Bununla belə, Azərbaycanda zirehli maşınlara xüsusi nəzarət var. Bu tip maşınlar ölkəyə sifariş əsasında, qeyri-rəsmi razılıq əsasında gətirilir...