Bu gün Başlıbel faciəsinin ildönümüdür ...
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelin 18-də Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. BAKU.WS xatırladır ki, işğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılıb. Həmin vaxtdan işğal dövrünədək – 1 il 3 ay müddətində bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi qaranlıqda qalı. Ermənilərin mühasirə halqası günü-gündən daralsa da, inamını, səbrini itirməyən Başlıbel sakinləri torpaqlarını tərk etməyiblər. Onlarla kənd sakini düşmənə qarşı aparılan döyüşlərdə iştirak edib, Başlıbelin 9 nəfər qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirərək əlil olub. Kənd sakinlərindən 2 nəfər itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur. Başlıbel sakinləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni edib. Kənd sakinləri isə 5 ilə yaxın mühasirə şəraitində yaşayıblar. 1992-ci ilin yanvarından Kəlbəcərin elektrik təchizatı dayandırılıb. Həmin vaxtdan işğal dövrünədək – 1 il 3 ay müddətində bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi qaranlıqda qalı. Ermənilərin mühasirə halqası günü-gündən daralsa da, inamını, səbrini itirməyən Başlıbel sakinləri torpaqlarını tərk etməyiblər. Onlarla kənd sakini düşmənə qarşı aparılan döyüşlərdə iştirak edib, Başlıbelin 9 nəfər qəhrəman oğlu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. İşğal zamanı kənd sakinlərindən 4 nəfər sağlamlığını itirərək əlil olub. Kənd sakinlərindən 2 nəfər itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur. Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin tarixi xeyli qədim olsa da, tam öyrənilməmişdi. Kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırki sakinlərin babaları kənd ərazisinə təxminən XVII əsrdə məskunlaşıb. Belə ki, 1993-cü ilin aprelinədək kəndin köhnə qədristanlığında qədim bir qəbir vardı. Qəbrin üstündə ərəb əlifbası ilə həmin şəxsin 1660-cı ildə vəfat etdiyi göstərilmişdi. Amma kənddə bundan əvvəl də yaşayış olub. Belə ki, ötən əsrin 80-ci illərinin ortalarında kəndin sakinlərinin sayı artdığından Başlıbelin yuxarı və aşağı hissəsində yeni evlər tikilməyə başladı. Bu zaman kəndin aşağı hissəsində yamacda ev yerləri hazırlanarkən torpağın təxminən 3-4 metr dərinliyində qəbrlər aşkarlanırdı. Bəzi qəbrlərdə insan skiletləri gildən hazırlanan xüsusi əşyaların içərisində olub. Həmçinin, qəbrlərdən müxtəlif bəzək əşyaları, dəmir sikkələr tapılıb. Həmin əşyalar Kəlbəcər Diyarşunaslıq müzeyinə təhvil verilib. Amma bu tarixi eksponatlarının böyük bir hissəi Kəlbəcərin işğalı zamanı dağıdılıb. İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. O cümlədən, 4500 iri buynuzlu, 12 000 xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi kənd ərazisində qalıb və ermənilər tərəfindən qarət edilib.
Başlıbel sakinləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi üçün əllərindən gələni edib. Kənd sakinləri isə 5 ilə yaxın mühasirə şəraitində yaşayıblar.