Kralın gizli arvadı üzə çıxdı - 31 milyonluq məhkəmə
2005-ci ildə dünyasını dəyişən Səudiyyə Ərəbistanı kralı Fahd ibn Əbdüləziz əl Saudun gizli həyat yoldaşı olan Filistinli qadın Canan Farb Londonda keçirilən məhkəmədə kraliyyət ailəsindən 20 milyin funt sterlinq ( 31 milyon dollar) təzminat udub. Azərtaym.az.“Guardian” qəzetinə istinadən xəbər verir ki, hazırda 68 yaşında olan Farb iddia edir ki, 1968-ci ildə kral Fahdla gizli evlənib. Və bu evlilik 1995-ci ilə qədər davam edib. Qadın iddia edir ki, Kralın başqa qadından olan oğlu onun susması üçün 2003-cü ildə 12 milyon funt sterlinq təklif edib.
Məhkəmədə iştirak edən Prins isə yazılı ifadəsində bu xəbəri təkzib edərək bildirib ki, vaxtında həmin qadına 5 milyon dollar verilib. Öz növbəsində pulları alan Farb 3 milyonu qumarda olan borclarına verib. Pululn qalan hissəsini isə lüks həyatını yaxşılaşdırmaq üçün xərcləyib.