“Tərtər işi”nin təkrar istintaq başa çatır - Məhkəmə olacaq

Bakupost.az - “Tərtər işi” ilə bağlı daha 10 nəfər bəraət aldı

2017-ci ildə Tərtərdə bir qrup hərbi qulluqçuya işgəncə verilməsi, onların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi cinayətlərinin təkrar istintaq başa çatır və iş tezliklə məhkəməyə göndəriləcək. 

 "AzerTaym.az" bildirir ki, bu haqda zərəçəkmişlərə Baş Prokurorluqdan rəsmi məlumat verilib. 

Məlumatı “Tərtər işi” ilə bağlı məsələni gündəmdə saxlayan siyasi şərhçi Ərəstun Oruclu ictimailəşdirib. 

Onun sözlərinə görə, həbs olunmuş şəxslərin heç birinə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adamöldürmə) üzrə ittiham verilməyib. 

“Tərtər işi” zamanı 14 hərbçimizin işgəncələr nəticəsində öldüyünü xatırladan ekspert təqsirləndirilənlərə qəsdən adamöldürmə maddəsi üzrə ittiham verilməməsindən təəssüfləndiyini vurğulayıb. 

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 

Cinayət işinə dair həbs olunanlar arasında iki yüksək rütbəli zabit var - general-mayor Bəkir Orucov və polkovnik Vüsal Ələsgərov. 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar. 






Fikirlər