"Böyük Britaniyanın müdafiə naziri Yolles bu səddi keçməyi bacarıb..."
"Qərarın qəbul edilməsinə XDİ/XSİ sağ mərkəzçi partiyalar blokunun səyləri təsir edib..."
"Bu həftə ABŞ "Abrams" döyüş tanklarının verilməsi barədə qərar verə bilər..."
Kiyev Almaniya tərəfindən təkrar ixracı dəstəkləməsindən sonra 12 ölkədən 100 ədəd "Leopard-2" tanklar alacağına bel bağlayır.
Moderator.az xəbər verir ki, bu barədə yüksək vəzifəli ukraynalı məmura istinadən Amerikanın "ABX News" teleradioşirkəti məlumat yayıb.
Onun sözlərinə görə, bu razılaşmalar yanvarın 20-də "Ramştayn" bazasında görüş zamanı əldə edilib.
Razılıq əldə edilənlər arasında Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka var.
Müttəfiqlərin bu qərarın qəbuluna sövq edən o cümlədən Böyük Britaniyanın öz "Çellencer-2" tanklarının Ukraynaya verəcəyi barədə bəyanatı olub.
"Bu, Böyük Britaniyanın qərarından sonra gerçəkləşib. Bu ölkənin müdafiə naziri Yolles bu səddi keçə bilib", - ukraynalı məmur əmin edib.
Bu ölkələrin Ukraynaya "Leopard"ları tədarük etməyə hazır olduqları barədə ümidverici bəyanatlarına rəğmən, sonuncu "Ramştayn" görüşündə hələ də təsdiq edilmədi.
Ukraynanın alman tanklarını alması üçün, ixrac lisenziyasına uyğun olaraq, tədarükü Berlinlə razılaşdırmalıdır.
Lakin bu gün, Almaniyanın "Şpigel" qəzetinin məlumatına görə, AFR kansleri Olaf Şolts uzunmüddətli diskusiyalardan sonra "Leopard"ların Ukraynaya verilməsinə razılıq verib.
Qeyd edilir ki, bu məsələ "Almaniyanın Xristian Demokratik İttifaqı" və "Bavariyada Xristian Sosial İttifaqı"nın (XDİ/XSİ) daxil olduğu sağ mərkəzçi partiyalar blokunun xahişi ilə nəzərdən keçirilib.
Bu parlament qrupu, federal hökumətə müttəfiqlər tərəfindən etimadın itirilməsindən ehtiyat edərək, "federal hökumətin "leopard blokadası"na son qoymağa" cəhd edib", - Şpigel" qeyd edib.
Nəşrin məlumatına görə, Olaf Şoltsun qərarına həmçinin Skandinaviya ölkələri də dəstək verəcək.
Bundan başqa, məlumat yayılıb ki, artıq bu həftə ABŞ "xeyli sayda" "Abrams" döyüş tanklarının verilməsi barədə elan edə bilər.
Hərçənd, Pentaqon bu texnikanın Rusiya-Ukrayna müharibəsi şərairində, guya, problemli olacağından ehtiyat edir.
Fikirlər