Müharibəyə sürətli HAZIRLIQ və NATO-dan GİZLİ DƏSTƏK - Məxfi PLAN

Müharibəyə sürətli HAZIRLIQ və NATO-dan GİZLİ DƏSTƏK - Məxfi PLAN

Ukraynaya hərbi yardımın verilməsi barədə ABŞ Konqresinin qərarları, siyasi jestlər və hər şeydən əvvəl NATO-ya üzv ölkələrin böyük gizli köməyi hesabına Ukrayna ordusunun müdafiə qabiliyyəti artır.

Publika.az xəbər verir ki, bunu Rusiya publisisti, bloger və analitiki Vladimir Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə deyib.

O, ABŞ-ın hərbi büdcəsinə edilən son dəyişiklikləri şərh edib: “Ukraynaya edilən hərbi yardım 350 milyon dollardan 150 milyon dollara qədər azaldılıb. Bu yardım siyasi alət xarakterlidir. Bu, Ukraynanın müdafiə qabiliyyətini formalaşdıran real kömək deyil. Real kömək Ukraynaya gizli kanalllar, ilk növbədə NATO ölkələri vasitəsilə edilir. Ukraynaya lazım olan real kömək ABŞ Konqresində müzakirə edilmir”, - deyə analitik bildirib.

Qolışev xatırladıb ki, beynəlxalq ekspertlərin araşdırmalarına görə, son üç il ərzində Ukrayna ordusunun gücü beş dəfə artıb: “Ukrayna ordusu fəal şəkildə yenidən silahlanır, yeni silahlarla təchiz edilir və öyrənir. Bu, necə olur? Yəqin ki, NATO-ya üzv ölkələrinin köməyi ilə. Sadəcə, bunu niyə elan etsinlər”.

Analitik əlavə edib ABŞ-ın əvvəlki prezidenti Barak Obama administrasiyasının Ukraynaya silah veriləcəyi barədə bəyanatları siyasi alət rolunu oynayırdı: “Prezident Rusiyaya təzyiq göstərirdi. Məsələ silah deyildi. Silahları minlərlə kanal üzrə tamamilə gizli çatdırmaq mümkün idi”.






Fikirlər