Nazir bu xanımı yüksək vəzifəyə təyin etdi (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini Məmmədova Mətanət Nəbi qızı vəzifəsindən azad edilib. Qaynarinfo-nun Unikal-a istinadən məlumatına görə, nazir Sahil Babayevin əmri ilə, o, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edilib. DTSERA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Məhərrəmov Rəşad Əslixan oğlu təyin edilib. Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza təsdiqləyiblər.