Trampın əsas rəqibi DeSantisin Ukraynaya münasibəti NEÇƏDİR?

ABŞ-da seçki kampaniyası başlayır. Prezidentlik uğrunda kimlər mübarizə aparacaq? Trampın əsas rəqibi DeSantisin Ukraynaya münasibəti necədir?

 

Demokratlar.

Fevral ayında Baydenin seçki kampaniyasına qoşulacağı barədə açıqlama gözlənilirdi, amma bu baş vermədi. Demokratlar partiyasının siyasi texnologları Baydenin bu açıqlamasını aprel ayında verəcəyini proqnozlaşdırırlar.

Demokratların ən böyük problemi Baydendən başqa ciddi reytinqli namizədin olmamasıdır. Əgər Bayden hər hansı səbəbdən seçki kampaniyasına qatılmayacaqsa, Demokratlar partiyası çox böyük ehtimalla Kamala Harrisin namizədliyini irəli sürəcək, ona görə ki, Baydendən sonra ən reytinqli siyasətçi Harrisdir.

Respublikaçılar.

Trampın reytinqinin kəskin enməsi tendensiyası sona çatıb. Bir neçə ay qabaq Trampın əsas rəqibi Floridanın qubernatoru Ron DeSantisin reytinqi Trampın reytinqindən yüksək idi(Konqresdə respublikaçıların məğlubiyyəti fonunda). İndi durum dəyişib, Tramp yenidən 13-17% fərqlə DeSantisi qabaqlayır.

İl yarım müddət hələ irəlidədir və çox şeylər dəyişəcək, mütləq dəyişəcək. Trampa qarşı cinayət işlərin sürətlə inkişaf etməsi faktorunu da kiçiltmək olmaz.

Cozef Bayden və Donald Trampın Ukraynaya münasibəti hər kəsə bəllidir. Bəs prezidentliyə iddialı olan Ron DeSantisin Rusiya-Ukrayna müharibəsinə vizyonu nədən ibarətdir?

Bir neçə gün qabaq jurnalist Ron DeSantisə Ukraynaya münasibəti barədə sual verdi və soruşdu:”Siz prezident olsaydınız, necə edərdiniz?”

Bu sual DeSantisi qəzəbləndirdi. DeSantis Ukrayna barədə sualları sevmir(sıravi respublikaçı Rusiyanı dəstəkləyir və bu səbəbdən DeSantis kəskin anti-Rusiya mövqeyi ortaya qoya bilmir, amma Tramp kimi də mövqedə olmaq istəmir, buna görə də, DeSantis bu sualı sevmir).

DeSantis:”Baydeni tənqid edirlər ki, bizim dövlət Zelenskinin istədiyi hər şeyi edir və bu fakt məni kədərləndirir. Yoxsa nəyə nail olmaq barədə vizyonumuz(ABŞ dövlətinin) var?”

*Qeyd. Nəyə nail olmaq ……? Ukraynanın müharibəfə birmənalı qələbəsinə və Rusiyanın geosiyasi savaşda total məğlubiyyətinə. DeSantis bunu görmür yoxsa gprmək istəmir?

Jurnalist:”Bəs Siz nə edərdiniz?”

DeSantis:”Bayden beynəlxalq siyasi arenada zəifdir,  o dayandıra bilmir(yəni Rusiyanı hərbi əməliyyatlardan çəkindirə bilmir və DeSantisin fikrinə görə ABŞ bu müharibəyə yol verməməliydi)”.

Bu da mənim şərhim:

Siz(respublikaçılar) deyirsiniz ki, Bayden “zəifdir”, dərhal sonra deyirsiniz ki, Bayden Ukraynaya dayanmadan silahlar göndərir. Necə yəni “zəifdir”? Daha çox silahlar göndərməlidir? Amma “Bayden Ukraynaya hərbi yardımı dayandırmalıdır” qışqıran siz-respublikaçılar deyilsinizmi?

İstənilən halda seçkilərə hələ müddət var və durum dəfələrlə dəyişəcək. Yeganə danılmaz reallıq ondan ibarətdir ki, seçkilərə qədər müharibəni birmənalı Ukraynanın qələbəsilə bitirmək lazımdır.






Fikirlər