Separatçılar 5 tələbi icra etdi, proses başladı - Bakı Xankəndiyə girir?

“Araik Arutyunyan dekabrın 14-də “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı bildirdi ki, Azırbaycanın keçid məntəqəsindən istifadə etmək onun “qırmızı xətti”dir”, heç bir halda bu keçid məntəqəsini qəbul etməyəcəklər, lakin indi geri addım atılıb”.

Bu barədə Xankəndidə qondarma müxalifət olan “ədalət partiyasının” rəhbəri David Qalstyan deyib.

Qalstyan bildirib ki, Araik daha sonra onlarla görüşdə də eyni mövqeyi sərgiləyib: “Amma bu gün Azərbaycanın keçid məntəqəsindən istifadə edirlər. Araik növbəti dəfə geri addım atdı. Araiklə görüşdə bunun səbəbini soruşduq, lakin o, konkret cavabdan yayındı”.

Qalstyan qeyd edib ki, azərbaycanlı ekoloqlar Şuşa-Xankəndi yolunda aksiyaya başlayanda Bakı Araik Arutyunyanın önünə 5 tələb qoymuşdu.

“Bu gün Bakının bütün tələbləri artıq yerinə yetirilib. Bundan sonra Araik deyir ki, “biz döyüşəcəyik”, amma döyüş əlaməti görünmür. Azərbaycanın bütün tələblərini bir-bir qəbul etdilər. Əminəm ki, Laçın postundan istifadə Azərbaycana reinteqrasiyanın başlanğıcıdır. Əgər keçid məntəqəsi qurulacaqdısa, “Dəmirli” yatağında iş dayandırılacaqdısa, Ruben Vardanyan vəzifəsindən çıxarılacaqdısa, nə üçün bu qədər əziyyət çəkdik? Əvvəldən də bunu edə bilərdilər. Əliyev yolun açıq olduğunu elan edəndən dərhal sonra keçid məntəqəsindən istifadə etmək qərarına gəldilər. Bütün bunlar Bakının tələblərinin qəbul edildiyini bir daha təsdiq edir”, - o bildirib.//
Publika.az






Fikirlər