Teleaparıcı «Azərsu»nu biabır etdi …

 20 Teleaparıcı Azərsunu biabır etdi ... (video)

Bakıda evlərə palçıqlı su verilir.

 Azərtaym.az  xəbər verir ki, bu barədə »Space» telekanalının aparıcısı Zamirə Dadaşova şəxsi facebook hesabında yazıb.

»Bu bizə verilən sudur. Dəhşətdir. «Azərsu»nun rəhbərinə aparıb verəcəm, övladları ilə içsin» — deyə teleaparıcı vurğulayıb.

Həmin görüntüləri təqdim edirik.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakının Montin qəsəbəsində mənzillərə çirkli suyun verilməsi faktı həqiqətən də qeydə alınıb: «Amma bu, kanalizasiya suyu deyil. Bu, el arasında deyilən paslı su olub.

Hazırda problemin olduğu deyilən ərazilərdə suyun verilməsi dayandırılıb. Heydər Əliyev prospektindən aşağıda, həm Ağa Nemətulla, həm də Hacıyev küçələrində araşdırma aparılması və problemi aradan qaldırmaq üçün əraziyə xüsusi qrup göndərilib. Səbəb aydınlaşan kimi problem qısa bir vaxtda aradan qaldırılacaq».






Fikirlər